Modern.az

Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu

Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu

Aktual

20 Fevral 2020, 18:39

Mərkəzi Seçki Komisisyasının (MSK) bu gün keçirilən iclasında keçmiş deputat Fərhad Qəribovun oğlunun müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O qeyd edib ki, 57 saylı Kürdəmir seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd Rəşad Qəribov dairədəki pozuntulardan şikayətçidir.

 

İ. Şahbazov onu da vurğulayıb ki, şikayətçi müraciətinə 18 protokol təqdim edib. Araşdırma nəticəsində müəyyən olunub ki, 2 protokol istisna olmaqla digər protokollar DSK-dakı ilə eynilik təşkil edir.

 

Şikayət ətrafında aparılan müzakirələrin yekununda MSK-nıpn ekspert qrupunun rəyi ilə 5 seçki məntəqəsinin nəticələri ləğv edilib. Bunlar həmin dairə üzrə 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu