Modern.az

Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu

Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu

Aktual

21 Fevral 2020, 09:28

Çində yeni tip koronavirusla (COVID-2019) mübarizəyə görə toyunu təxirə salan gənc həkim virus səbəbindən vəfat edib.

 

Modern.az xəbər verir ki, virusun episentri olan Uxan şəhərindəki 1-ci Xalq Xəstəxanasının həkimi olan 29 yaşlı Pen İnhua iş prosesində koronavirusa yoluxub və fevralın 20-də ölüb. Məlum olub ki, gənc pulmonoloq epidemiya ilə mübarizəyə qoşularaq, fevralın 1-nə təyin etdiyi nikah mərasimini təxirə salıbmış. Pen və nişanlısı hətta nikah mərasimindən əvvəl toy fotosessiyası da ediblər.

 

Onun ölümü Çində sosial şəbəkə istifadəçilərinin kədərinə səbəb olub (azərtac).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir