Arxiv
21 Fevral 2020, 10:25 | TƏHSİL
Kolleclərə tələbə qəbulu BAŞLADI

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

 

Mərkəzdən Modern.az-a verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılır.

 

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

 

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

 

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2020-ci il martın 29-da və iyulun 5-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.

 

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

 

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

 

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

 

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 1 saat 30 dəqiqə vaxt ayrılır. Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, 1/2 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə – 2020-ci il mayın 3-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 31-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir.

 

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2019-cu ildə həmin imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

 

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

 

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

 

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

 

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rektor müəllim və tələbələrə müracitə etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30