Arxiv
21 Fevral 2020, 16:06 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

 İyirminci söz

 

Tanrının yazdığı yazıya pozu yoxdur.İnsan doğulduğu gündən taleyi, bəxti alnına yazılır.  Bu yazı insanın əvvəlindən sonuna kimi onun yanınca gəzir. Bəzən öz taleyindən, bezib küssə də, yazılan yazıdan qurtula bilmir. İnsan həyatı boyu görüb-götürdüyündən öyrənir. Nə qədər çox görsən, o qədər çox öyrənəcəksən. Lakin bu gördüklərindən yaxşı nəticə çıxarsa, taleyini  və qədərini də yaxşı yola yönəltmək insanın öz əlindədir.  Buna görə müdriklərin sözünü dinləməlsi, əməl etməsi vacibdir. Kamil insan qeyrət göstərsə görər ki, bacarmadığı bir iş  varmı? İnsan oğlunun yeməkdən də, oyundan da, gülməkdən də, əyləncədən, yığıncaqlardan, hətta sevdiyi qadından da doyduğu bir vaxt olur.  Çünki insan  kamilləşdikcə hiss edir ki, həyatın bütün həzzləri keçicidir, bir zaman isti bildiyi hər şey yaşlandıqca insana soyuq gələr.  Yaşa dolduqca gücün azalar, ömür də qısalar.  Allah təala yaratdığı  insanların heç birini fərqləndirmədi və onlara əbədi  gənc qalma kmi bir  tale yazmadı.  Belə olduqda insaın  könlü də dəyişməlidir axı?

Onu da deyim ki, hər şeydən yorulub, doymaq, dünya ləzzətindən və həzzindən imtina etmək  hər  insan oğluna nəsib olmur. Bu xoşbəxtlik də kamil insanın nəsibidir.  Hətta uzun ömrün də tükənəcəyini, dünyanın hər zövqünün  və həzzinin keçici olduğunu  təcrübədən keçirənlər də bir gün yaşamaqdan yorulurlar.  Ona görə də,  dəlilik və arsızlıq da bir qənimətdir,-deyə, düşünürəm bəzən.

1894

 

İyirmi birinci söz

 

İstər az, istərsə də çox olsun, hər bir adamda özündən razılıq əlaməti olması əslində heç yaxşı xüsusiyyət deyil. Özündən razılığın iki növünü bilirəm: biri özündən həddən ziyadə razılıq,  biri də özünə çox yuxarı qiymət vermək. Özünə çox yüksək qiymətləndirmək isə özünü hamıdan dəyərli sayması səbəbindəndir. Belə şəxslər  ətrafdakıların dedi-qodularına məruz qalmasın deyə, yüngüllük və səbirsizlik etməz, kimsəyə yalan vəd verməz, keyfiyyətsiz, arsız, qeybətçil, yalançı , saxtakar  adamlardan kənar gəzər və özü də belə ədəbsizliklərə yol verməzlər. Əslində belə təmkinlilik  müdrik, vicdanlı və zatı bütöv  adamlara məxsus keyfiyyətdir.   Onlar barələrində “yaxşı adamdır” – deyilməsinin fərqində olmasalar da,  ancaq adlarına “nankordur”-deyə bir sözün deyilməsin deyə, hər cür  ədəbsizlikdən çəkinərlər. İkinci növ adamlar var ki, daim özləri ilə öyünərlər.  Hər kəsin onun var-dövlətindən, işindən-gücündən danışmasını özlərinə  fərəh bilərlər. Təki hər yerdə adı deyilsin. Varlı desinlər, igid desinlər, dəli-dolu desinlər, nə olursa-olsun, təki haqqında nəsə danışsınlar. Təki unudulmasın. Belə xüdbin adamlar da üç cür olur:  onlardan biri adətən başqa yerlərdə, onu tanımayanların yanında özünü tərifləyib, göyə qaldırar. Bu cahillikdir.  İkincisi isə,  el-obanın içərisində, nəsil-kökünün, qohum-əqrabasının yanında  şöhrətlənmək, ad qazanmaq üçün çalışar. Üçüncü tip xudpsənd adamlar isə  ailələrində və el-obasının içərisində hörmətləri olmasa da, yad yanında ad qazanmaq üçün dəridən-qabıqdan çıxarlar. Cahilliyin ən pis növü budur.

Kim  ki, insanlar içərisində, elində- obasında hörmət-izzət sahibi olmaq istəyirsə,  əvvəlcə öz qohum-əqrabasının hörmətini qazanmalıdır. Kim ki, öz doğmalarının hörmətini qazanıbsa, inanın ki, onun  evinin içərisindəki şöhrəti və hörməti elin içərisində də yayılıb, dünyaya çatacaq.

1894.

 

Tərcümə etdi: Aida Eyvazlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Öldürülən azərbaycanlı dənizçinin cənazəsi yaxın günlərdə ölkəsinə göndəriləcək - Çavuşoğlu 25 Yanvar 2021, 15:16 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40