Modern.az

Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI

Fəzail Ağamalının dairəsindən şikayətə baxılma müddəti UZADILDI

Parlament

21 Fevral 2020, 18:21

Mərkəzi Seçki Komisisyasının bu gün keçirilən iclasında 60 saylı Salyan Neftçala seçki dairəsindən daxil olan müraciət müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, MSK-nın ekspert qrupunun ümumi rəyi ilə bu dairədən qeydə alınmış namizəd Aytən Qurbanovanın müraciətinə baxılma vaxtı uzadılıb.

 

Qeyd edək ki, MSK-ya daxil olmuş müraciətə baxılma müddəti 3 günə qədər uzadıla bilər.

 

Xatırladaq ki, 60 saylı seçki dairəsindən lider namizəd Fəzail Ağamalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi