Modern.az

Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU

Asim Mollazadənin dairəsində məntəqənin nəticəsi ləğv OLUNDU

21 Fevral 2020, 19:47

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib. O qeyd edib ki, şikayətçi seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş edib.

 

MSK üzvünün sözlərinə görə, araşdırma zamanı 4 seçki məntəqəsinin ləğv edilməsi təklif olunur. Bunlar 1, 11, 20 və 24 saylı məntəqələrdir. Belə ki, həmin məntəqələrdən başqa digər məntəqələrlə bağlı şikayət öz təsdiqini tapmayıb.

 

Beləliklə, ekspert qrupunun rəyi ilə MSK 22 saylı Nəsimi ikinci seçki dairəsinin sözügedən 4 məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.

 

Qeyd edək ki, bu dairədə lider namizəd Asim Mollazadədir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi