Modern.az

Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi

Sədaqət Vəliyevanın dairəsində məntəqənin nəticələri ləğv edildi

21 Fevral 2020, 20:26

Mərkəzi Seçki Komisisyasının (MSK) iclasında 25 saylı Nizami ikinci seçki dairəsi üzrə Ramin Əbilovun şikayətinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, şikayətçi bu seçki dairəsi üzrə 14 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib:

 

“Araşdırma hərtərəfli araşdırılıb. Şikayət qismət təmin edilməli, 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilməlidir”.

 

MSK-nın ekspert qrupunun rəyi ilə 25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı məntəqəsində səsvermənin nəticəsi ləğv edilib.

 

Qeyd edək ki, bu dairədən lider namizəd Sədaqət Vəliyevadır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi