Arxiv
22 Fevral 2020, 17:42 | AKTUAL
Pakistandan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı QƏTNAMƏ

Bu ilin fevralın 21-də Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul olunub. 

 

XİN-in Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, sənəddə Xeybər Puxtunxva əyalətinin Assambleyası Pakistan və Azərbaycan arasındakı qarşılıqlı hörmət, etimad və anlaşma prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verərək, iki ölkə arasında bölüşülən mədəni dəyərlər, regional və qlobal məsələlərə ortaq yanaşma və beynəlxalq müstəvidə yaxın əməkdaşlığın mövcud olduğunu vurğulayır. 

 

"Pakistanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair prinsipial mövqeyinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyi və Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir Kontakt Qrupunda fəal iştirakı qətnamədə məmnuniyyətlə qeyd olunur.

 

Assambleya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını və 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən soyqırımı və İƏT və BMT qətnamələrinə əhəmiyyət verilməməsini pisləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan Respublikasının səylərini dəstəkləyir. Assambleya bəyan edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməyənədək və beləliklə də bu iki ölkə arasında sülh əldə olunmayanadək Ermənistanla diplomatik münasibətlər qurulmayacaq", - nazirlikdən bildirilib. 

 

Qeyd edək ki, Xeybər Puxtunxva əyaləti Pakistanın dörd inzibati əyalətindən biri olub, ölkənin şimali-qərb bölgəsində yerləşir və əhalisinin sayına, həm də iqtisadiyyatına görə üçüncü böyük əyalət hesab olunur. Əyalətin Assambleyası təkpalatalı qanunverici qurum olmaqla 5 il müddətinə seçilən 145 üzvdən ibarətdir.

 

Pakistan Senatının Xarici Əlaqələr Komitəsi 2012-ci ildə, Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi tərəfindən 2017-ci ildə Xocalı soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40 Bu ölkədə bir gündə virusa yoluxanların sayı 30 minə çatdı 3 Aprel 2020, 09:35 Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB 3 Aprel 2020, 09:29 Bakıda karantin rejimini pozan kafe aşkarlandı 3 Aprel 2020, 09:29 Türkiyədə zəlzələ olub 3 Aprel 2020, 09:25 Manat, dollar və avro - Bu günün valyuta MƏZƏNNƏSİ 3 Aprel 2020, 09:19 Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək 3 Aprel 2020, 09:13 Cəbhədə gərginlik səngimir - atəşkəs 25 dəfə pozulub 3 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar: Mircəfər Bağırovun tələbini rədd edən alimin İNTİHARI 3 Aprel 2020, 09:00 Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər  3 Aprel 2020, 08:44 İranda koronavirusa yoluxanların sayı durmaq bilmir 3 Aprel 2020, 08:41 Bu müsəlman ölkəsində koronavirusdan ilk ölüm baş verdi 3 Aprel 2020, 08:36 Çində matəm elan edildi 3 Aprel 2020, 08:27 Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17