Modern.az

Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi

Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi

22 Fevral 2020, 18:38

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 82 saylı Ağcabədi Seçki Dairəsindən ünvanlanan müraciətlərə baxılıb.

 


Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. O qeyd edib ki, həmin dairədən qeydə alınan bir neçə namizəd seçki məntəqələrində pozuntuların olduğunu iddia ediblər.

 


MSK üzvünün sözlərinə görə, namizədlər 1-dən 46-ya qədər bütün məntəqələrdə nəticələrin etibarsız sayılmasını tələb ediblər. Araşdırma nəticəsində namizədlərin pozuntular haqqında iddialarının təsdiqini tapmadığı aydınlaşıb. 

 

MSK üzvü diqqətə çatdırıb ki, sosial şəbəkələrdə yayılan videolardan 3 saylı seçki məntəqəsində seçicilərin iradəsinin təmin olunmadığı mübahisəli saxlanılıb.


MSK-nın ekspert qrupunun rəyi əsasında 3 syalı seçki məntəqəsinin nəticələri ləğv edilib. Namizədlərin şikayəti qismən təmin edilib.

 


Qeyd edək ki, həmin dairədən lider namizəd Tahir Rzayevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!