Modern.az

11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı

11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı

Parlament

23 Fevral 2020, 17:04

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 saylı Qaradağ seçki sairəsindən namizədliyi qeydə alınan Səxavət Soltanlının müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, şikayət barədə MSK üzvü Qabil Orucov məlumat verib. Q. Orucov bildirib ki, araşdırma zamanı səsvermə günü mübahisələndirilən seçki məntəqələrində qanun pozuntuları öz əksini tapmayıb. MSK üzvünün təklifi ilə Səxavət Soltanlının müraciəti təmin edilməyib, DSK-nın müvafiq qərarı qüvvədə saxlanılıb. Komissiyanın ekspert qrupunun rəyi ilə qərar təsdiq edilib.

 

Qeyd edək ki, adıçəkilən dairədən lider namizəd Aydın Hüseynovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür