Arxiv
24 Fevral 2020, 12:48 | İQTİSADİYYAT
Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ

2019-cu il ərzində bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparılıb.

 

Modern.az-ın məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

 

O, qeyd edib ki, bu rəqəm ölkə üzrə dağ-mədən sahəsi üzrə maksimal göstəricidir:

 

"Beləliklə qeyd etməliyəm ki, “AzerGold” QSC qısa bir müddət ərzində mədənçıxarma və geoloji-kəşfiyyat sahələrinin uğurlu inteqrasiyasına nail olub. Cari ildə yeni yataqlar üzrə ümumilikdə əlavə 50 min mətrədək dərinlikdə buruq-qazma işlərinin aparılması öhdəlik kimi qoyulub. Aparılan kəşfiyyat işləri nəticəsində Cəmiyyətin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən 20 dəfədən çox artırılıb. Həmin ehtiyyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir. Lakin, hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsini planlaşdırırıq. Bunun üçün isə şirkətin öz nizamnamə kapitalı da müvafiq səviyyədə olmalıdır. “AzerGold” QSC isə fəaliyyətə 2 milyon manat ilkin kapitalla başlamışdır. Qeyd etdiyim bu layihələrin işə salınması üçün nizamnamə kapitalımız artırılaraq 37 milyon manata çatdırılıb".

 

 

Sədrin sözlərinə görə, ötən ildə Cəmiyyətin qısa və uzunmüddətli inkişaf strategiyasının hazırlanmasına başlanılıb:

 

"Bu məqsədlə prosesə nüfüzlu beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bizim komandamız məsləhətçilərlə birlikdə şirkətin potensial inkişaf mənbələrinin təyin edilməsi üzrə müvafiq işlərin görülməsinə başlayıb. Bu sənədin hazırlanması həmçinin dünya bazarında əlvan metallara olan tələbatı müəyyən etməyə və bu məlumat əsasında hasilat prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək ki, bu da layihələrin iqtisadi səmərəliliyini dəfələrlə artıracaq. Bu prosesdə 1000-dən artıq beynəlxalq şirkətin təcrübəsindən yararlanacağıq. Məqsədimiz mədən şirkətindən sənaye şirkətinə çevrilmək, paralel olaraq yan sahələrin inkişafına nail olmaqdır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə ölkə üzrə mövcud bütün qiymətli və əlvan metal filizi yataqları ilə bağlı məlumatlar arxivini yeniləyirik. Bu bizə qiymətli və əlvan metal filizi yataqlarının tədqiq edilməsi, kəşfiyyatı və idarə olunmasında effektivliyin və iqtisadi səmərəliliyin artırılmasına kömək edəcək. Prosesin ilkin mərhələsində mövcud bütün arxiv sənədləri elektronlaşdırılacaq. Eloktronlaşma prosesi aprel ayının 1-dək tam yekunlaşdırılacaq. Daha sonra bu məlumatların vahid rəqəmsal bazası yaradılacaq. Növbəti mərhələ iqtisadi səmərəlilik nəzərə alınmaqla, yataqların işlənmə prioritetləri müəyyənləşdiriləcək".

 

 

Z.İbrahimov deyib ki, 2025-ci ildən etibarən yataqların bir neçə dəfə artması proqnozlaşdırılır:

 

"Eyni zamanda, Cəmiyyətin fəaliyyəti nəticəsində 2017-2018-ci illər ərzində Daşkəsən rayonu üzrə sənaye məhsulunun dəyəri 2016-cı ilə nisbətdə 70 dəfə artıb və Daşkəsən rayonu müvafiq göstərici üzrə respublikanın şəhər və rayonları arasında ilk onluğa daxil olub. Ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, ötən il ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başladıq. Sözügedən məhsullar Çovdar mədənindən hasil edilən qızıl və gümüşdən hazırlanır. 999.9 əyarlı külçə və sikkələr 5, 10 və 20 qramlıq çəkilərdədir. Hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilir. Burada bir daha qeyd etmək lazımdır ki, “AzerGold” QSC-nin təyinatı qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi və tədqiqi, metalların hasilatı və beynəlxalq birjalarda satışının təşkilindən ibarətdir. Daxili bazara çıxardığımız hazır məhsulların maliyyə baxımından dəyərini yuvarlaqlaşdırsaq, “AzerGold”un ümumi dövriyyəsinin 1%-ni belə əhatə etmir. Bunu deməkdə məqsədim odur ki, həyata keçirdiyimiz bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximiz, bir sözlə milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasın Çələbi naxışı əks olunmuş məhsullar məhz bu məqsədə xidmət edir. Digər məqsədimiz isə ilk növbədə yerli istehsalın dəstəklənməsi və yerli məhsulun təşviq edilməsidir. Məhz buna görə də məhsullar minimal mənfəət nəzərə alınmaqla yerli bazara çıxarılıb".

 

Onun sözlərinə görə, hazırda Cəmiyyət üzrə inzibati idarə də daxil olmaqla 342 nəfər çalışır ki, onlardan 78 nəfəri Daşkəsən, 66 nəfəri Gəncə və ətraf bölgələrin sakinləridir:

 

"Cəmiyyətin fəaliyyət göstərdiyi sahələrdə podratçılar üzrə 421 nəfər işçi fəaliyət göstərir. Bütün bunlarla yanaşı, Göygöl rayonunda Ağyoxuş və Tülallar sahəsi, Daşkəsən rayonunda Çovdar yatağının yeraltı hissəsinin istismarı, Balakən rayonunda Filizçay layihəsinin işə salınması zamanı 3000 nəfərə yaxın yeni iş yerləri açılacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Videokonfrans xidmətinin istifadəçiləri rekord həddə artdı 7 Aprel 2020, 22:05 Baş Nazir işsizlərə veriləcək birdəfəlik ödəmənin ŞƏRTLƏRİNİ TƏSDiQLƏDİ 7 Aprel 2020, 21:31 İşsizlikdən sığorta ödənişi xüsusi karantin rejimi bitənədək ödəniləcək - RƏSMİ 7 Aprel 2020, 21:27 Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR 7 Aprel 2020, 21:17 İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07