Modern.az

Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI

Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI

Aktual

24 Fevral 2020, 19:14

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən növbəti şikayətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, namizədlər Sultan Nəcəfov və Elçin Rəhimov MSK-ya müraciət edərək, seçki günü qanunsuzluqların qeydə alındığını bildiriblər. Müraciət haqqında Baxşeyiş Əsgərov məlumat verib.

 

O qeyd edib ki, namizədlərin müraciətlərində yer alan yalnız 19 saylı seçki məntəqəsi yaraşdırma predmeti ola bilər.

 

Belə ki, digər məntəqələr üzrə şikayətlər əvvəlki şikayətçilər tərəfindən təqdim edilib, hamısı araşdırılıb. Protokollara nəzər salındıqda 22 saylı seçki məntqəsi üzrə təqdim olunmuş protokollarda imza uyğunsuzluğu aşkar olunub. 23 saylı seçki məntəqəsi üzrə təqdim olunan videomaterial isə əvvəlki tədqiqatlarda araşdırılıb, mübahisəli olaraq saxlanılıb.

 

Lakin hazırkı müraciətlə araşdırıldıqda həmin seçki məntəqəsi üzrə seçicilərin iradəsini əks etdiməyən hal müəyyən edilib.

 

B. Əsgəriovun təklifi, MSK-nın ekpert qrupunun rəyi ilə namizədlərin müraciəti qismən təmin edilib. 23 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.

 

Qeyd edək ki, adıçəkilən dairə üzrə lider namizəd Nigar Arpadaraidir.

 

Bundan əvvəl bu dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir