Modern.az

Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi

Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi

Aktual

24 Fevral 2020, 20:29

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib:

“Təqdim olunan materialların araşdırması zamanı 1 saylı məntəqədə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır".

Təklif MSK-nın ekspert qrupunun rəyi ilə  qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ