Arxiv
25 Fevral 2020, 14:56 | İQTİSADİYYAT
“Koronavirus davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq” - PROQNOZ

“Dünyada Çin mallarının idxalına məhdudiyyət qoyulması Azərbaycana, eləcə də digər ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Hətta indidən bu fəsadlar hiss olunmağa başlayıb”.

 

“Sədərək”, “Binə” və Çin malları ...

 

Bunu Modern.az-a iqtisadçı Samir Əliyev dünyanı cənginə alan koronavirusun iqtisadiyyata təsirlərindən danışarkən bildirib.

 

S.Əliyev qeyd edib ki, Çin Azərbaycanın əsas xarici iqtisadi tərfdaşlarından biridir:

 

“İdxalda Rusiya və Türkiyə əsas yerləri tutsa da, son məlumatlara əsasən Çinin burada payı 11 faizdir. Yəni Azərbaycana gələn 100 manatlıq malın 11 manatı Çinin payına düşür. Buradan geyim mallarından tutmuş, elektrotexnikaya qədər hər şey idxal edilir. Bizim “Binə”, Sədərək” kimi iri ticarət mərkəzlərimiz, eləcə də şəhərin müxtəlif yerlərindəki “Mall”larda daha çox Çidən gətirilən mallar-başdan ayağa qədər geyimlər, kosmetika məhsulları və s. üstünlük təşkil edir. Ona görə də Çinlə ticarət əlaqələrinin məhdudlaşdırılmasının təsirini təbii olaraq hiss edəcəyik”.

 

“Koronavirus Çində avtomobil satışını 92 faiz azaldıb”

 

İqtisadçı Çində baş verən proseslərin Azərbaycana təsirlərini iki istiqamətdə-birbaşa və dolayı olaraq dəyərləndirib:

 

“Birbaşa təsiri odur ki, virusa görə Çindən gətirilən mallara ya qadağa qoyulub, ya da məhdudlaşdırılıb. Bu o deməkdir ki, çin malları idxalda üstünlük təşkil etdiyindən, avtomatik olaraq mal qıtlığına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Dolayı təsiri özü də iki istiqamtədə baş verir. Virusun təsir müddətindən asılı olaraq neft qiymətlərində enmələr müşahidə ediləcək. Çin faktiki olaraq ən çox neft idxal edən ölkədir. Təkcə ötən ilin yanvar ayı ilə müqayisədə bu il Çinin pərakəndə avtomobil satışında 92 faiz azalma qeydə alınıb. Bu isə yalnız bir nümunədir. Çində bütün sahələr üzrə ən çox idxalçı dövlətdir. Burada vəziyyət pisləşdikcə, bütün ölkələrə təsiri müşahidə ediləcək”.

 

“Proses davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq”

 

Onun sözlərinə görə, proses uzanarsa, manatın devalvasiyası da qaçılmaz olacaq:

 

“Neft qiymətlərinin kəskin bahalaşmasının acı nəticələrini hələ 2015-ci ildə yaşadıq. Dolayı yolun ikinci təsiri isə vacib idxalçı ölkələr Rusiya və Türkiyədən gözlənilir. Təsəvvür edin ki, Rusiya və Türkiyə Çinlə əlaqələri dayandırıb, sərhədləri bağlayıb. Türkiynin özündə istehsal olunan malların çoxunun da xammalı Çindən alınır. Çinlə əlaqələrimiz tam dayandırılarsa, Türkiyə bazarı Azərbaycanı tam təmin edəcək gücdə deyil. Çinlə əlaqələr məhdudlaşdırıldığından Türkiyənin özündə də qıtlıq yaranacaq, tələbat artacaq.

Avtomatik olaraq, Çini Türkiyə, Pakistan, Hindistan kimi ölkələr əvəz etməyə başlayacaq. Bu o deməkdir ki, həm Rusiya, həm də Türkiyədə mal qıtlığı yarana bilər, həm də bahalaşma ola bilər.

2015-ci ildə neft ucuzlaşdı, bu da manatı ucuzlaşdırdı. İndi isə ikibaşlı təsir gözlənilir. Hazırda milli valyutanın məznnəsi dəyişməsə belə, mal qıtlığını müşahdiə edəcəyik. Üstəgəl neftin qiyməti də ensə, bu, manatın devalvasiyasına gətirib çıxaracaq. İranla sərhədlərin bağlanması sərhədyanı rayonlarda sosial vəziyyəti pisləşdirə bilər”.

 

“Rusiya hər gün 1 milyard dollar itirir”

 

Ekspert Çinin “fevralın sonuna kimi virusu lokallaşdırmağa çalışacağıq” xəbərlərinə inamın az olduğunu deyib:

 

“Bunu Amerika, Avropa desəydi, inanmaq olardı. Amma Çin qapalı ölkədir. Məlumatlar maksimum dərəcədə gizli saxlanılır, hətta rəqəmlərin üzərində oynayırlar. Amma proses uzanar və bir neçə ay çəkərsə, çox böyük neqativ fəsadlara səbəb ola bilər. Ondan götürək ki, hazıra bu virusun təhlükəsi bütün ölkələrdə hiss edilir. Təkcə Rusiya sərhədləri bağladığına görə gün ərzində 1milyard dollar itirir. Ayrı-ayrı ölkələrdən virusun yayılması xəbərlərinin gəlməsi bazarı təzyiq altında saxlayır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12 Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB   31 mart 2020, 14:06 Aprelin ilk günü üçün HAVA PROQNOZU 31 mart 2020, 14:00 Azərbaycandan Qarabağda keçirilən qondarma "seçkilərə" ETİRAZ BƏYANATI 31 mart 2020, 13:54 Koronavirusla bağlı əhalini təşvişə salan iki nəfər SAXLANILDI 31 mart 2020, 13:49 Ermənistanın iki deputatı koronavirusa yoluxdu 31 mart 2020, 13:43 Azərbaycanda koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq 31 mart 2020, 13:41 Yaxın iki ayda koronavirus lokallaşdırılmasa... - Dünya dəhşətli böhranla üz-üzə - PROQNOZ 31 mart 2020, 13:41 Qadınların çox danışmasının SƏBƏBİ 31 mart 2020, 13:38 Cənub bölgəsində son durum: DEPUTATLAR DANIŞDI   31 mart 2020, 13:36 Rusiyada 1 gündə 500 nəfər koronavirusa yoluxdu 31 mart 2020, 13:29 İcra başçısı Lənkəranda karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə tanış olub - FOTOLAR   31 mart 2020, 13:17 Niyazi Bayramov maarifləndirmə tədbirlərinə qoşulub - FOTO 31 mart 2020, 13:11 Bakı Ali Neft Məktəbi nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib 31 mart 2020, 13:08