Arxiv
26 Fevral 2020, 09:54 | AKTUAL
“Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir” - Nazir

Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 25-də Masallı rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda vətəndaşların qəbulu keçirilir və bu görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərində məsələlər qaldırılır. Bütün bunlar insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyur:

 

“Bugünkü qəbulda da dəyərli təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələləri əhatə edirdi. Qeyd edilən məsələlərin həlli ilə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verir”.

 

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək:

 

“Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O, cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə də ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq”.

 

***

 

Qeyd edək ki, Masallıya səfəri çərçivəsində nazir rayonunun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

 

Əbülfəs Qarayev ilk olaraq Masallı rayon Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 49 kənd kitabxana filialı fəaliyyət göstərir. Kitabxanalarda oxucuların rahatlığını təmin etmək üçün lazımi şərait yaradılıb.

 

Masallı rayon onbirillik İncəsənət məktəbinə gələn nazirə məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məktəbdə tədris prosesi müasir tələblər səviyyəsində həyata keçirilir.

 

Əbülfəs Qarayev sonra Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub. Bildirilib ki, Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildə rayonun  tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlayıb. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş olunub. Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan tədbirlər nəticəsində Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir tələblərə cavab verən yeni bina inşa olunub. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzindəki yeni binaya köçürülüb.

 

Nazir daha sonra Masallı Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, 1984-cü ildə yaradılan qalereyada 97 əsər saxlanılır. Onlardan 46-sı rəngkarlıq, 37-si qrafika, 7-si heykəltəraşlıq, digər 7-si isə tətbiqi sənət nümunəsidir.

 

Nazir mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48 ABŞ-da koronavirusdan ölənlərin sayı 5316 nəfərə çatdı 2 Aprel 2020, 23:36 Xalq artisti Rəşad Məcidin şeirlərini ifa edib - VİDEO 2 Aprel 2020, 23:26 Vətəndaşlar iki halda yaşayış yerini İCAZƏSİZ tərk edə biləcək 2 Aprel 2020, 23:14 Fransada daha 471 nəfər koronavirusdan öldü 2 Aprel 2020, 23:02 “Karantin qaydalarını pozanlar barədə ən ciddi tədbirlər görüləcək” - DİN rəsmisi 2 Aprel 2020, 22:51 Daha bir ölkədə virus aşkarlandı 2 Aprel 2020, 22:44 "Avropa İttifaqı Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır" - Andris Ameriks 2 Aprel 2020, 22:34 Nazir müavini: “Əhali #evdəqalandan internetdən çox istifadə edir” 2 Aprel 2020, 22:17 Koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ 2 Aprel 2020, 22:07 Agentlik sədrindən XƏBƏRDARLIQ: “Yanlış məlumatlar ötürənlər barədə ölçü götürüləcək” 2 Aprel 2020, 22:04 "Ailədə 1 mobil telefon varsa, digər üzvlər üçün də icazə alına bilər" - Ülvi Mehdiyev  2 Aprel 2020, 21:47 Azərbaycanda evdən çıxmaq üçün bu nömrəyə SMS göndərmək lazımdır 2 Aprel 2020, 21:24 “Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -  Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ 2 Aprel 2020, 21:13 Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı 2 Aprel 2020, 21:03 Süleyman dayının USTAD DƏRSİ 2 Aprel 2020, 21:01 Müsavat Partiyasında ağır itki 2 Aprel 2020, 20:51 Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib 2 Aprel 2020, 20:51 Bu sahələr fasiləsiz işləyəcək - Baş Nazir TƏSDİQLƏDİ 2 Aprel 2020, 20:37 Azərbaycanda yaşayış yerini İCAZƏSİZ tərk etmək olmayacaq - Tarix AÇIQLANDI 2 Aprel 2020, 20:35 Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında 2 Aprel 2020, 20:27 Xüsusi karantin dövründə işə cəlb edilən qurumlarının SİYAHISI AÇIQLANDI 2 Aprel 2020, 20:11 Baş Nazirdən qərar - Dövlət qurumları məhdud sayda işçi cəlb edəcək, onlara əlavə istirahət veriləcək 2 Aprel 2020, 19:58 İran parlamentinin sәdri koronavirusa yoluxub 2 Aprel 2020, 19:54 18 yaşlı tələbənin ölüm səbəbi AÇIQLANDI 2 Aprel 2020, 19:47 Norveç neftin ucuzlaşmasına görə rekord məbləğ İTİRDİ 2 Aprel 2020, 19:41 Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı 2 Aprel 2020, 19:25 Şagirdlər üçün “Azərbaycan dili” imtahanı onlayn keçirilə bilər 2 Aprel 2020, 19:11 Azərbaycan yeniyetmə ürəyindən bıçaqlandı 2 Aprel 2020, 19:06 Məleykə Abbaszadə builki qəbul imtahanları ilə bağlı müraciət YAYDI 2 Aprel 2020, 19:00