Arxiv
26 Fevral 2020, 13:24 | AKTUAL
“Xocalı soyqırımının tanıdılmasında Avropadakı türk icmalarından istifadə etməliyik”

Xocalı soyqırımı ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan tərəfi illərdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışır.

 

Bəs maraqlıdır, Xocalı həqiqətlərinin dünya ölkələrində tanınması üçün qardaş ölkə Türkiyə hansı işləri görür və ya görə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyənin Xocalı həqiqətlərinin çatdırılmasında Azərbaycana daim dəstək olduğunu bildirərək hazırda internet resursları vasitəsilə bu işin görülməsinin vacibliyni vurğulayıb:

 

“Artıq uzun illərdir ki, Xocalı həqiqətlərinin tanıdılmasında Azərbaycanın xarici qurumları və diasporları Türkiyə ilə əməkdaşlıq edirlər. Səfir olaraq öz təcrübəmdən də deyirəm ki, bu məsələlərdə bizim səfirliyimiz  hansı tədbiri keçirirdisə, Türkiyə səfirliyindən böyük dəstək gəlirdi. Xocalı həqiqətlərinin başqa ölkələrdə tanıdılması üçün internet vasitəsilə də təbliğat aparılsa, daha yaxşı olar. Çünki biz görürük ki, Azərbaycan və Türkiyə cəmiyyəti sosial şəbəkələrdə, internet resurslarında çox fəaldır. Elə bu üsulla beynəlxalq ictimaiyyətə Xocalı faciənin tandılması zamanın tələbindən dolayı ən effektiv vasitədir. Adətən, bizim diaspor nümayəndələri hansısa ölkədə onların dilini bilərək Xocalı həqiqətlərini çatdırır. Bizim gənc fəallar türk diasporunun nümayəndələri ilə əlaqə saxlayaraq müəyyən sahələrdə aktiv olaraq işlər görürlər”.

 

T.Zülfüqarov türk diasporlarının Xocalı reallığının tanıdılması üçün mühüm işlər görə biləcəyini deyir:

“Yaxşı olardı ki, gənclərimiz türk diaspor üzvləri ilə Xocalı həqiqətlərinin tandılmasında da müəyyən işlər həyata keçirsinlər. Təbi olaraq işlərin başında isə Azərbaycanın müxtəlif ölkələrdəki səfirlikləri dayanır. Yəni səfirliklər diasporla əlaqələrdə bu məsələyə diqqət verməlidir. Türkiyənin Almaniya, ABŞ və Fransada diaspor təşkilatları böyükdür. Təşkilatı baxımından onlar bizim tədbirlərə aktiv olaraq qoşulur amma, məhz bu ölkədəki diaspor nümayəndələri Xocalı həqiqətlərinin tanıdılması üçün həm internet vasitəsi ilə həm də tədbirlər planı təşkil edərək fəaliyyətə keçsələr bu daha effektiv olar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40 Koronavirus Sumqayıt küçələrini sükuta qərq edib - FOTO 6 Aprel 2020, 09:38 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ   6 Aprel 2020, 09:32 “Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq” - Bioloqla #evdəqal SÖHBƏTİ 6 Aprel 2020, 09:25