Modern.az

Bakıda kişi metronun çıxışında öldü

Bakıda kişi metronun çıxışında öldü

26 Fevral 2020, 21:43

Bakıda kişi metronun çıxışında ölüb.

Modern.az  oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

Aptekdən bildiriblər ki, kişi “astma aparatı” alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu