Arxiv
27 Fevral 2020, 09:57 | AKTUAL
Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib

 

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazir İnam Kərimov və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Nazir İnam Kərimov qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. O bildirib ki, 2019-cu ildə Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib:

 

“Bununla da ölkəmizdə ilk dəfə aqrar sğıortanın geniş miqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək”.

 

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, o cümlədən aqrar sektorun inkişaf etdiyini deyən Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Fatih Metin qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: “Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımları yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanda aqrar sığortanın tətbiqi və inkişafı üçün təcrübə mübadiləsi və texniki dəstək göstərməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan aqrar sığorta modeli region ölkələri üçün nümunə olacaq”.

 

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, aqrar sığorta sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra Azərbaycan Respublikasının Aqrar Sığorta Fondu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında kənd təsərrüfatı sığortası sahəsində Niyyət Bəyannaməsinin imzalanma mərasimi keçirilib. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və TARSİM-in baş direktoru Serpil Günal imzalayıb.

 

Niyyət Bəyannaməsi iki ölkə arasında aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz biznes krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30