Arxiv
27 Fevral 2020, 11:38 | AKTUAL
Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI

Bu gün Azərbaycan Hotel Assosiasiyası Milli Ulduz Təsnifatı Sistemi barədə təlim keçirərək hotellərə ulduzların verilməsi prosedurlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar.

 

Eyni zamanda təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

 

Diqqətə çatdırılıb ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

 

Tədbirdə, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.

 

Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq. Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

 

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.

 

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAM 3 Aprel 2020, 11:46 Əli Əhmədovdan müraciət: “Gəlin, günaha batmayaq” 3 Aprel 2020, 11:40 Vilayət Eyvazov rəisi işdən ÇIXARDI 3 Aprel 2020, 11:30 Ermənistanda virusa yoluxanların sayı 736-ya çatdı 3 Aprel 2020, 11:25 OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək 3 Aprel 2020, 11:19 Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO 3 Aprel 2020, 11:12 Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur - VİDEO 3 Aprel 2020, 11:06 Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirdi - FOTO 3 Aprel 2020, 11:01 17576 nəqliyyat vasitəsi postlardan GERİ QAYTARILDI 3 Aprel 2020, 11:00 İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub 3 Aprel 2020, 10:55 Xaçmazda 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub - FOTO 3 Aprel 2020, 10:50 Subsidiya alan fermerlerə şad xəbər!   3 Aprel 2020, 10:45 Ermənistanda koronavirusdan 1 gündə 3 nəfər öldü 3 Aprel 2020, 10:40 Masallı polisi daha 10 ailəyə ərzaq yardımı etdi - FOTO 3 Aprel 2020, 10:35 Karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib 3 Aprel 2020, 10:35 Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir 3 Aprel 2020, 10:29 Karantin rejimini pozan daha 3 nəfər həbs olundu 3 Aprel 2020, 10:23 Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40 Bu ölkədə bir gündə virusa yoluxanların sayı 30 minə çatdı 3 Aprel 2020, 09:35 Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB 3 Aprel 2020, 09:29 Bakıda karantin rejimini pozan kafe aşkarlandı 3 Aprel 2020, 09:29 Türkiyədə zəlzələ olub 3 Aprel 2020, 09:25 Manat, dollar və avro - Bu günün valyuta MƏZƏNNƏSİ 3 Aprel 2020, 09:19 Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək 3 Aprel 2020, 09:13 Cəbhədə gərginlik səngimir - atəşkəs 25 dəfə pozulub 3 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar: Mircəfər Bağırovun tələbini rədd edən alimin İNTİHARI 3 Aprel 2020, 09:00 Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər  3 Aprel 2020, 08:44 İranda koronavirusa yoluxanların sayı durmaq bilmir 3 Aprel 2020, 08:41