Modern.az

İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİB

İşıq sönən metro stansiyaları açıldı - YENİLƏNİB

27 Fevral 2020, 17:16

Elektrik enerjisinin dayanıqlığı təmin edildiyindən saat 17:14-dən etibarən metronun “Xalqlar Dostluğu”, “Həzi Aslanov”, “Əhmədli” stansiyaları sərnişinlərin istifadəsi üçün açılıb.

 

Bu barədə Modern.az-a “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

***

16:45

 

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov elektrik enerjisinin kəsilməsi nəticəsində metroda yaranan problemlə bağlı yeni məlumat verib.

 

O, Modern.az-a açıqlamasında deyib ki, saat 15:48-də metropolitenə gələn elektrik verilişində qısamüddətli fasilə yaranıb:

 

“Bütün istiqamətlərdə eletrik evrilişi bərpa olunub. Yalnız “Koroğlu”, Xalqlar Dostluğu” və “Həzi Aslanov” sahəsinə gələn elektrik enerjisinin dayanıqlığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur. Tuneldə qalan qatar yoxdur”.

 

Metropoliten rəsmisi qeyd edib ki, elektrik verilişində fasilə yaranan kimi generatorlar işə salınıb:

 

“Qatarlar platformalara çatdırılıb və insanalr təxliyə olunub”.

 

B.Məmmədov əlavə edib ki, hazırda qatarlar "Dərnəgül" və "İçərişəhər" istiqamətindən "Neftçilər" stansiyasına qədər hərəkət edir.

 

***

16:27

 

Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.

 

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

 

“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

 

İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.

 

Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi