Arxiv
28 Fevral 2020, 11:36 | DÜNYA
“Rusiya ilə Türkiyə arasında gərginlik ABŞ-ın planıdır” - ŞƏRH          

Ötən gün Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbçi şəhid olub, çoxlu sayda yaralı var.

 

Hücumdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayaraq, Türkiyəyə qarşı hücumu pisləyib, Rusiya və Əsəd rejimini hücumlara son qoymağa çağırıb.

 

Maraqlıdır, bu hadisədən sonra Yaxın Şərqdə vəziyyət necə olacaq? Rusiya-Türkiyə münasibətləri necə dəyişəcək, hansı adekvat addımlar atılacaq?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Türkiyə ilə Suriya arasında müharibə ehtimalı var:

“Gərginliyin dərəcəsi durmadan artır. Bu yaxınlara qədər müttəfiq münasibətlərdə olan iki  dövlətin artıq məqsədləri haçalanır. Ona görə də belə başa düşürəm ki, bu ölkələrin ikisindən biri geri çəkilməlidir. Suriya meydanında artıq elə bir dilemma yaranıb ki, kompromislərə də cüzi bir məkan qalıb. Dünənki hadisələr, xüsusilə də bombardmanlarda 30-dan artıq Türkiyə hərbçisinin həlak olması vəziyyəti son dərəcə gərginləşdirir. Hətta artıq Türkiyə tərəfinin cavablarından biri də ola bilər ki, Türkiyə Böyük Millət Məclisi toplansın və Suriya dövlətinə müharibə elan edilsin. Ancaq bu ən arzuolunmaz gedişatdır”.

 

Tofiq Abbasov qeyd edib ki, terrorçu qruplaşmalara dəstək verilməsi müharibənin daha da qızışmasına səbəb olur:

“Əlbəttə ki, Suriya dövləti hələ ki mövcuddur, onun prezidenti Bəşər Əsəddir. Onun parlamenti var, həmin o parlamentin qərarı, Suriya dövlətinin məramı ilə bu ölkədə yalnız iki məmləkətin silahlı qüvvələrininin  mövcudluğu qanunauyğundur. Biri Rusiyadır, biri də İran. Digər ölkələrin hamısının orada olması qeyri-qanuni sayılır. Suriyanın da əsas məqsədlərində biri odur ki, özünün ərazi bütövlüyünü bərpa etsin. Xatırlayırsınızsa, həm Suriya hökuməti, həm rəsmi Moskva bəyan etdilər ki, artıq müharibə bitdi və ondan sonra həmin terror qruplaşmalarının qalıqları İdlibə sığındılar, orada yenidən mütəşəkkil qruplar yaratmağa başladılar. Astana prosesinin iştirakçıları Rusiya, Türkiyə, İran və eləcə də Soçidə keçirilmiş ilk görüşlər formatında belə bir qərara gəlindi ki, gərkinlikdən azad olunan 4 zona yaratsınlar və onları müəyyən koordinasiya olmaqla idarə etsinlər. Ancaq işlərin gedişatı, Qərbin bu məsələlərə qarışması, yenidən o terror qruplaşmalarına qida vermə strategiyası göstərdi ki, xüsusilə Amerika Birləşmiş Ştatları və onun bölgədə olan müttəfiqləri yenidən İslam dövləti hərəkatını bərpa etmək niyyətindədirlər. Ona görə də həm kürdlərin yaraqlılarını istifadə edirlər, həm də Türkiyəyə meyilli olan türkmənlərin qruplarından istifadə etmək istəyirlər ki, terrorun oradakı son ocağı məhv edilməsin, gərginlik qalsın”.

 

T.Abbasov ABŞ-ın da bu məsələdə xüsusi planının olduğunu vurğulayıb:

“Əlbəttə, burada ABŞ-ın özünün də planı var və o planın əsas məqsədlərindən biri ondan ibarətdir ki, Rusiya ilə Türkiyə arasında münasibətləri gərginləşdirsin, onların yaxınlaşmasına imkan verməsin, həm də iqtisadi zəmində onların ortaq layihələrinin  qarşısını alsın. Hal-hazırda görürük ki, müharibə davam edir və bu yaxınlara qədər müttəfiq olan dövlətlər bir-birinə qarşı hərəkətlərə geniş meydan verir. Səlis diplomatiya işə qatılmalıdır. Çünki bu olmasa, qarşıdurmalar, toqquşmalar həqiqətən də yeni müharibənin gəlməsinə imkan verəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30 Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım” 6 Aprel 2020, 17:26 İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR 6 Aprel 2020, 17:20 İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar AÇIQLANDI 6 Aprel 2020, 17:13 Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər - XİN 6 Aprel 2020, 17:07