Arxiv
28 Fevral 2020, 12:06 | AKTUAL
Nazirlikdə istehsalat təcrübəsi

Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib.

 

Modern.az xəbər verir ki, Nazirliyin İnsan resursları şöbəsinin keçirdiyi təlimdə şöbənin əməkdaşı Elnur Atayev təqdimatla çıxış edib, tədbir iştirakçılarına istehsalat təcrübəsinin təşkil edilməsi qaydaları ilə bağlı geniş məlumat verib.

 

Bildirib ki, təhsil müəssisələrinin tələbələrinin müvafiq dövlət qurumlarında təcrübə keçmələri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda da tələbələrin istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır.

 

E.Atayev təcrübənin təşkili qaydaları haqda məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi Nazirliyin Hüquq şöbəsi tərəfindən hazırlanan müqavilə əsasında həyata keçirilir. Müqavilə qurumla təhsil müəssisəsi arasında bağlanır, tərəflərin öhdəliklərini müəyyən edir. Həmçinin müqavilədə təcrübənin müddəti, təcrübə keçəcək tələbələrin ixtisası, sayı və s. göstərilir.

 

Daha sonra tədbirdə təcrübə keçəcək tələbələrin bilməli olduqları nüanslar barədə məlumat verilib. Qeyd olunub ki, bu nüanslara əsasən təcrübəkeçmə qaydaları, təhlükəsizlik tədbirləri aiddir.

 

Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, istehsalat təcrübəsinin təşkili zamanı 3 əsas məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar davamiyyət, gündəlik və mentorluq məsələləridir. Belə ki, tələbənin təcrübəyə davamiyyəti izlənməli, hər bir tələbənin gördüyü işlərlə bağlı gündəliyi olmalı, tələbəyə mentor –təcrübə rəhbəri təyin edilməlidir.

 

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin tədbirdə iştirak edən əməkdaşı Bəxtiyar Nəsibov qeyd edib ki, hər istehsalat təcrübəsi tələbənin inkişafına bir töhfə verməlidir. “Bunun üçün də təcrübə rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə vicdanla yanaşmalı, ölkəmizin savadlı kadrlara tələbatının təmin olunması üçün ilk addımlardan olan istehsalat təcrübəsinin vacibliyini tələbələrə izah etməlidirlər.”,-deyə o qeyd edib.

 

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, işlərində qarşılaşdıqları və qarşılaşa biləcəkləri bəzi məqamlara aydınlıq gətirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30 Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım” 6 Aprel 2020, 17:26 İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR 6 Aprel 2020, 17:20 İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar AÇIQLANDI 6 Aprel 2020, 17:13