Porşe Avtokonserninin Müşahıdə Şurasının sədri və əfsanəvi idman modeli “Porşe” avtomobilinin yaradıcısı Ferdinand Aleksandr Porşe 76 yaşında Avstriyanın Zalsburq şəhərində dünyasını dəyişib. Modern.az bildirir ki, bu barədə avtokonsernin rəsmi məlumatına istinadən “Dpaco”agentliyi məlumat yayıb.
“Porşe”nin idarə sədri Matias Muller bildirib ki, konsern Ferdinand Aleksandr Porşenin ölümüylə əlaqədar kədərlənir. O qeyd edib ki, "Porsche 911”in yaradıcısı bugünə kimi idman modellərində rəhbər tutulan dizayn mədəniyyətini yaradıb. Müllerin sözləriinə görə, "onun dizayn mədəniyyəti bizim gələcəkdə ehtiramla saxlamaq niyyətində olduğumuz vəsiyyətdir”.