Arxiv
17 mart 2020, 10:51 | İQTİSADİYYAT
İqtisadçıdan anti-böhran TƏKLİFLƏRİ - Əməkdaşlar evdən işləsin, pulsuz internetlə təmin olunsun

İnsanları təşvişə salan koronavirus pandemiyası milli iqtisadiyyatlara milyardlarla zərər vurmaqda davam edir.

 

Bu barədə Modern.az-a məlumat verən iqtisadçı Samir Əliyev bildirib ki, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatının zərəri daha çoxdur:

 

“Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir. Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb. Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi, yoluxucu xəstəliyin nə vaxt aradan qaldırılacağı məlum deyil, ancaq xidmət və ticarət sektorunun bu vəziyyəti çox davam edə bilməz”.

 

Onun sözlərinə görə, rəsmi məlumatlara inansaq, təkcə mehmanxana və restoranların hesabına yaradılan gündəlik əlavə dəyər təxminən 5 milyon manat civarındadır:

 

“Topdan və pərakəndə ticarət gündəlik 21 milyon manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sektoru 20 milyon manat yaranır. İndi hər gün bu dəyərin müəyyən hissəsini itiririk. Artıq böhran istehsal sektoruna keçməkdədir.

Bir çox ölkələr belə bir vəziyyətdə hökumət anti-böhran tədbirləri görməyə başlayıb, bəziləri isə tezliklə başlayacaq. ABŞ-da prezident administrasiyası tərəfindən Kiçik Biznes Administrasiyasına koronavirusda əziyyət çəkən şirkətlərə kredit verməsini tapşırılıb. Bunun üçün Prezident Konqresi kreditləşmə proqramına əlavə olaraq 50 milyard dollar artırmağı çağırıb. Prezident Tramp eyni zamanda Xəzinədarlıq Departamentini virusdan əziyyət çəkən şəxslərin və şirkətlərin vergi ödənişlərini təxirə çağırmağa çağırıb. Eyni zamanda əmək haqqında tutulan vergiləri (payroll tax - sosial sığorta və tibbi sığorta ödənişləri) 0 dərəcəyə qədər azaldılmasını təklif edib. ABŞ hökumətinin dəstəyi bununla bitmir. Danimarkada ƏDV üzrə ödənişlərə möhlət veriləcək. Avstraliyada biznesin xilası üçün investisiya, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün vergi güzəşti və pensiyaçılar üçün güzəştlər veriləcək. Çində və İtaliyada iqtisadiyyatın müdafiəsi üçün vergi güzəştləri tətbiq edilir. Britaniyada əhalinin həssas təbəqələri üçün vergi güzəştləri və kiçik biznes üçün ucuz kredit tətbiq edir və ƏDV-nin faiz dərəcəsinin azaldıması məsələsini müzakirə edir. Rusiyada iqtisadiyyatın dəstəkənməsi üçün 300 milyon rubl dəyərində Antiböhran Fondunun yaradılması, biznes üçün vergi tətilləri və karatində olan şəxslər üçün ödənişli məzuniyyət nəzərdə tutulur. Dövlət şirkətləri 6 ay müddtinədək dividend ödəməsi təxirə salınacaq. Ukraynada vergi güzəştlərinin və tətillərinin tətbiqi barədə müzakirələr gedir və əhaliyə və sahibkarıq subyektlərinə kredit dəstəyi veriləcək”.

 

 

Ekspert qeyd edib ki, Azərbaycanda da xarici ölkələrin təcrübəsindən çıxış edərək dövlət biznesə dəstək vermək barədə düşünməlidir:

 

“Ancaq burada həm də özəl sektor və əhali töhvəsini verməlidir.

 

Dövlətin dəstəyi:

 

- Turist şirkətlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara vergi tətilinin verilməsi;

- 2020-ci ilin I rübü üzrə vergi hesabatlarının verilməsində qanunvericiliyin pozulması hallarına görə cərimələrin tətbiqinin dayandırılması;

- Vergi yoxlamalarının 1-2 ay müddətinə dayandırılması;

- Banklara verilən likvidliyin gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında cəlb edilən depozitlərin həcminin artırılması;


- Kommunal ödənişlərin (işıq, qaz, su) ilkin olaraq 1-2 ay dayandırılması. Eyni zamanda kommunal xidmətlərlə təminatda fasiləsizliyin təmin edilməsi;


- İqtisadi aktivliyin təmin edilməsi üçün yanacağın (A-92, dizel və s.) qiymətinin ucuzlaşdırılması;


- Ərzaq və dərman ləvazimatlarının idxalında yaşıl dəhlizin təmin edilməsi;

- Nağdsız ödənişləri dəstəkləmək üçün taksi xidmətləri (UBER, BOLT) zamanı kart vasitəsilə ödənişə tətbiq edilən ƏDV-nin ləğvi;


- Otellər və ictimai iaşə obyektlərinin illik əmlak vergisindən azad edilməsi;


- Dövlət şirkətlərinin dividend ödənişinin (məsələn, Beynəlxalq Bank) ilin birinci yarımilliyində dayandırılması;


- Lüks əşyaların idxalına tətbiq edilən gömrük rüsumlarının artırılması;


- Kiçik və Orta Biznesin İnkişafına Agentliyinin (KOBİA) üzvü olan KOS-ların ödədikləri verginin məbləği əsasında dərəcələndirilməsi və ona uyğun birdəfəlik yardımın edilməsi.

 

Özəl sektorun töhvəsi:


- Öz işçilərinin mümkün qədər evdə işləməsi mexanizminin təmin edilməsi. İmkan daxilində işçilərin ödənişli məzuniyyətə göndərilməsi;


- İnternet provayderləri tərəfindən abunəçilərini ilkin olaraq 1-2 ay müddətində fasiləsiz internetlə təmin etməsi;


- Bankların 2 ay müddətinə kredit faizlərinin ödənilməsini dayandırması;


- Mobil operatorlar abunəçiləri üçün aylıq internet və danışıq limitini artırması;


- Otellər və ictimai iaşə obyektləri illik əmlak vergisindən azad olduğu üçün sahibkarın icarəyə verdiyi obyekti bir müddət icarə haqqından azad etməsi;

Əhalinin isə ərzaq məhsullarının izafi alışından, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi yaxşı olardı.

Dövlətin və özəl sektorun öhdəliklərini maliyyələşdirmək üçün dövlət tərəfindən ilkin olaraq 100 milyon manat həcmində Anti-böhran Fondu yaradılmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37