Modern.az

Dünya jurnalistlərinə KORONAVİRUS müraciəti  - HAZIR OLMALIYIQ

Dünya jurnalistlərinə KORONAVİRUS müraciəti  - HAZIR OLMALIYIQ

17 Mart 2020, 18:00

GLOBAL JOURNALİSM COUNCİL – Beynəlaxalq Jurnalist Təşkilatı koronavirusla bağlı dünya jurnalistlərinə müraciət ünvanlayıb.

Modern.az müraciəti təqdim edir.

 

Dünyanın hər yerində koronavirusla bağlı xəbərlər gündəm olarkən biz jurnalist kimi işimizi həyata keçirməyin çətinliklərini yaşayırıq.

 

Jurnalist kimi həmişə hadisələrin içərisində olmaq və bütün çətinliklərə rəğmən tərəfsiz və obyektiv xəbər verməyin nə qədər önəmli olduğu hər kəsə bəllidir.

 

Hazırda dünyanın gözü media qurumlarının üzərindədir. Dünyanın ən çətin işlərindən sayılan müharibə jurnalisti kimi gördüyümüz çətinliklərdən belə daha böyük bir mübarizə içərisindəyik.

 

Çünki müharibə meydanında özümüzü qılınc, qalxan və dəbilqə ilə qorumaq kimi şansımız və təhlükəli hesab etdiyimiz yerlərə getməmək kimi seçim imkanımız var.

Ancaq indi gözəgörünməz və işimizi icra edərkən bizi nə vaxt hədəf alacağını bilmədiyimiz bir düşmənlə üz-üzəyik. Düşmən deyirik, çünki insanlığı cənginə alan bu hücumda KORONAVİRUS dediyimiz çox təhlükəli bir xəstəliklə qarşı-qarşıyayıq.

 

Burada nə polad qalxanlarımız, nə də ki dəbilqələrimiz heç bir işə yaramır. İndi jurnalist olaraq tamamilə fərqli bir müdafiə mübarizəsi aparmalıyıq.

 

Hər gün istifadə etdiyimiz mobil telefonlar, kompüterlər, noutbuklar, mikrofonlar və kameralar mütəmadi olaraq dezinfeksiya edilməlidir.

 

Şəxsi əşyalarımızın başqa şəxs tərəfindən istifadə edilməsinə icazə verməməli və başqası əşyalarımızı istifadə edərsə yenidən dezinfeksiya etməliyik.

Bundan başqa, yanımızda maska və tibbi əlcəklər olmalı,  yazdığımız xəbərdən dolayı müsahiblə yaxın təmasdan uzaq durmalıyıq.

Evdən işləmək kimi şansı olan həmkarlarımız toplumdan uzaq durararaq mümkün riskləri azaltmalıdır.

 

Ölkə xaricində olan, yaxud da işlə əlaqədar olaraq başqa ölkələrə gedən jurnalistlər ölkələrinmin səfirliyi və ya konsulluğu ilə daimi əlaqədə olmalı, həmin qurumların əlaqə vasitələrini ehtiyacı olan şəxslərə verməli, zərurət yaranacağı təqdirdə ölkələrinə qayıtmaq üçün kömək istəməlidirlər.

 

Bütün bunlardan daha önəmlisi isə KORONAVİRUS-a qarşı mübarizə apararkən toplum içərisində panika, xaos yaradacaq xəbərlərdən, etibarlı olmayan mənbələrdən uzaq durmağın vacibliyidir.

Rəsmi şəxslərin verdiyi açıqlamalar ön planda olmalı, sosial mediada qeyri-dəqiq xəbərlərin yayılmamasına diqqət verməliyik.

Unutmamalıyıq ki, jurnalistlər bir bilikdir və yaşadığı toplumun parçasıdır.

 

Bu problemi ən qısa müddətdə və maksimum ziyanla dəf etmək üçün ən böyük gücün medianın üzərinə düşdüyünün  fərqində olmalıyıq.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir