Modern.az

Keçmiş baş nazir insanları panikaya düşməməyə, xofdan uzaq olmağa çağırıb  

Keçmiş baş nazir insanları panikaya düşməməyə, xofdan uzaq olmağa çağırıb  

19 Mart 2020, 12:24

Azərbaycanın sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının sədri (AXP) sədri Pənah Hüseyn dünyanı təhdid edən koronavirusla bağlı Modern.az saytına açıqlama verib.

 

Sabiq baş nazir “Bu məsələdə Azərbaycan siyasilərinin həmrəyliyi varmı?” sualına “Koronavirus təhlükəsi hər yerdə var. Tənqid olunmalı məsələlər də var. Sözün doğrusu, siyasilər arasında bu məsələni siyasiləşdirmək meyilinin çox aşağı olduğunu, demək olar ki, olmadığını da görmüşəm” cavabını verib.

 

İnsanlara müraciət edən keçmiş baş nazir onları panikaya düşməməyə, vahimə və xofdan uzaq olmağa çağırıb: “Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının və əlaqədar qurumların bu barədə tövsiyə etdiyi tədbirləri də həyata keçirmək faydalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub