Modern.az

Koronavirus İtaliyanı cənginə alıb - Tabutlar hazır vəziyyətdə - FOTO

Koronavirus İtaliyanı cənginə alıb - Tabutlar hazır vəziyyətdə - FOTO

Dünya

19 Mart 2020, 16:15

Koronavirusun ən çox təsir etdiyi ikinci ölkə olan İtaliyada ölənlərin sayı artmaqda davam edir. Ölkədə ümumilikdə 2978 nəfər pandemiyanın qurbanı olub.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, koronavirusun ən çox təsir etdiyi Lombardiya vilayətinin Berqamo şəhərindəki Ponte San Pietro xəstəxanasından yeni görüntülər yayılıb.

 

Belə ki, bu fotolar xəstəxana işçilərinin ölənlər üçün tabutları hazır vəziyyətdə saxlamasını əks etdirir.

 

Koronavirus səbəbi ilə bölgədə yerləşən 950 çarpayılıq xəstəxana çökmüş vəziyyətdədir və 4 ən təcrübəli işçidən 3-ündə yoluxma qeydə alınıb.

 

Tibb işçiləri yoluxmuş insanlarla dolu olan Berqamoda xəstələri müalicə etmək və getdikcə artan yoluxma halı ilə qarşılaşmamaq üçün mübarizə aparırlar.

 

Qeyd edək ki, ötən gün İtaliyada sutka ərzində koronavirusdan  475 nəfər həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!