Modern.az

Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım

Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım

23 Mart 2020, 12:58

Bəşəriyyət üçün qlobal problemə çevrilən COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin başladığı ictimai səfərbərlik çağırışı ölkəmizin sərhədlərindən uzaqlarda da öz müsbət töhfələrini verir.

 

Modern.az xəbər verir ki, Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı burada akkreditə olunmuş Azərbaycan səfirliyi ilə yaxın əməkdaşlıq şəraitində beynəlxalq uçuşların dayandırılması ilə əlaqədar bu ölkədəki soydaşlarımıza kömək əlini uzadıb.

 

Belə ki, o, hazırda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20 nəfərə yaxın Azərbaycan vətəndaşını iqamətgahı Malayziyada yerləşməklə, ölkəmizin Tailand, Myanma və Bruneydəki səfirliyinin logistik dəstəyi əsasında müvəqqəti yaşayış yeri ilə təmin edib və onların gündəlik ehtiyaclarının ödənilməsini öz üzərinə götürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir