Arxiv
24 mart 2020, 19:28 | ÖLKƏ
Ombudsman koronavirusla bağlı xalqa MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

Modern.az həmin müraciəti təqdim edir:

“Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!

Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur. Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir. Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir. Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

Əziz həmvətənlər!

Azərbaycan Respublikasında müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması və əhalinin, o cümlədən həssas qruplardan biri kimi yaşlı insanların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədinə xidmət edir. Ona görə də hər bir şəxsi, bütövlükdə əhalini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, təklif və tövsiyələrinə qeyd-şərtsiz əməl edərək evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırır, yeni növ koronavirus üçün xarakterik simptomları hiss edən şəxslərə aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) zəng etməyi tövsiyə edirəm. İnanıram ki, əhalinin hazırkı vəziyyətdə maksimum məsuliyyətli olması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməsi nəticəsində bu sınaqdan uğurla çıxacağıq. Əlavə olaraq bildiririk ki, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, facebook, habelə qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə bizə müraciət edə bilərsiniz".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50