Modern.az

\"Evdə qal, idmansız qalma!\" - Nazirlikdən koronavirusa qarşı kampaniya

\

24 Mart 2020, 22:28

Gənclər və İdman Nazirliyi İdman TV ilə birgə yeni - "Evdə qal, idmansız qalma!" TV layihəsinə start verir.

 

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, 25 Mart tarixi, saat 11.00-dan İdman TV-də  start götürəcək layihədə Olimpiya, Dünya və Avropa çempionlarımız skype vasitəsi ilə evdən müxtəlif idman nümunələri göstərəcəklər: "Layihənin ilk qonağı Olimpiya və Dünya çempionu Fərid Mansurov olacaq. Növbəti günlərdə Elnur Məmmədli, Toğrul Əsgərov və digər, Olimpiya, Dünya və Avropa çempionlarımız TV layihəyə qoşulacaqlar.

TV layihənin əsas məqsədi  idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində onların idmandan, sağlam həyat tərzindən uzaq duşməmələridir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?