Modern.az

Son sutkada İtaliyada  daha 683 nəfər koronavirusdan öldü

Son sutkada İtaliyada  daha 683 nəfər koronavirusdan öldü

25 Mart 2020, 22:25

İtaliyada son bir sutkada  daha  683 nəfər yeni növ koronavirusdan ölüb.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu da bir gün əvvəlki göstəricidən 60 nəfər azdır.

İtaliya Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib ki, indiyədək qurbanların sayı 7503-ə çatıb: "Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub”.


Bundan əvvəlki gün 743 nəfər virusdan ölmüşdü. Pandemiyanın başladığı ilk gündən bəri ölənlər və sağalanlarla birlikdə bu virusa yoluxmuşların ümumi sayı 74386 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı