Modern.az

“Azəriqaz” və “Təmiz Qaz” Fonda 20 min köçürdü

“Azəriqaz” və “Təmiz Qaz” Fonda 20 min köçürdü

Aktual

28 Mart 2020, 14:12

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə "Azəriqaz Layihə İnşaat" QSC və "Təmiz Qaz" QSC ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər biri 10 000 manat (cəmi 20 000 manat) vəsait köçürüb.

 

Hər iki qurum ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, bu xəstəliyə qalib gələcəyimizə əminliyini bəyan edirlər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir