Modern.az

“Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili

“Bizim istisna halımız Ermənistanla bağlıdır” - Tahir Mirkişili

30 Mart 2020, 12:44

“Azərbaycan bu sazişə bir bəyannamə, istisna ilə qoşulub”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

T. Mirkişili bildirib ki, sazişə qoşulan 27 dövlətdən biri Ermənistandır:

 

“Bizim istisna halımız da məhz Ermənistanla bağlıdır”.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı