Modern.az

“Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ

“Biz kimisə metroya buraxmaya bilmərik” – Sıxlığın SƏBƏBİ

Aktual

30 Mart 2020, 13:35

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da  Azərbaycanda karantin rejimi gücləndirilib. Qərara əsasən, Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

 

Qərarın tətbiq edildiyi 2 gün ərzində metroda sıxlıq müşahidə edilir. Sosial şəbəkə istifadəçiləri bu qərarın əks-effekt verdiyi qənaətindir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qurum üzərinə düşəni edir:

 

“Biz dəfələrlə sərnişinlərdən vacib olmadıqca metrodan istifadə etməməyi tövsiyə etmişik. Vətəndaşların da öz öhdəliyi var. Sərnişinlər metropolitendən istifadə qaydalarına ciddi yanaşmalıdırlar. “Biz birlikdə qalib gələcəyik” şüarı da məhz hamımızın vahid qaydalara riayət eməyimizi tələb edir. Biz hər gün nəzarəti gücləndirsək də, müraciətlərimizin sayını artırsaq da, sərnişinlər özləri əməl etməli olduqları vəzifələri yerinə yetirmirlər. Metro gün ərzində 5 saat fəaliyyət göstərirsə, biz kimisə metroya buraxmaya bilmərik. Onlar özləri ara məsaflərini gözləyərək, metrodan istifadə etməlidirlər”.

 

B.Məmmədov deyib ki, əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayında nəzərəçarpacaq dərəcədə azalma var:

 

“Amma hamının gözlədiyi effektin olması üçün hamı öz üzərinə düşəni etməlidir. Hazırda biz bütün tapşırıqları tam şəkildə yerinə yetiririk”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı