Modern.az

Salyanda əhali arasında təbliğat işləri aparılır - FOTO

Salyanda əhali arasında təbliğat işləri aparılır - FOTO

Aktual

30 Mart 2020, 14:31

Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında
təbliğat işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, martın 30-da Salyan Rayon İcra Hakimiyyətinin başçısı və rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri rayonun mərkəzi küçələrində sakinlərə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.


Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı