Modern.az

İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO

İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO

Aktual

30 Mart 2020, 16:14

Yasamal İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlanıb.

 

Modern.az xəbər verir ki, koronavirus epidemiyası şəraitində tənha və yaşlı insanlara müxtəlif sosial yardım xidmətləri barədə yeni video süjet lentə alınıb. Yasamal rayonu İcra Hakimiyyətinin sifarişi ilə çəkilən qısa videoçarxın məqsədi yaşlı insanları bu xidmətlər barədə məlumatlandırmaq və onlara dayaq durmaqdır. Belə ki, koronavirus epidemiyasının yayılması şəraitində evdə qalmağa məcbur olan tənha və yaşlı insanlar əhalinin ən həssas təbəqəsidir. VideoçarxdaYasamal rayonunda fəalyyət göstərən könüllülərin tənha yaşlı vətəndaşlara müxtəlif sosial xidmətlər göstərdikləri əks olunub, o kommunal xidmətlərin ödənişi, ilkin tələbat mallarının, dəvə-dərmanın alınaraq ünvana çatdırılması və sairə.

 

#evdəqal kampaniyası çərçivsində çəkilən bu video-çarxda insanlar gündəlik təmas və ünsiyyətlərini müvəqqəti olaraq minimuma endirməyə çağırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!