Modern.az

Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar

Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar

30 Mart 2020, 17:02

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq  bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib.

 

Modern.az-a daxil olan məlumata görə, Fondun daimi himayəsində olan körpələr və uşaq evləri, internat məktəbləri, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzinin yerləşdiyi bina və ərazilər dezinfeksiya olunub. 

 

Eyni zamanda qeyd olunan müəssisələrə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb. Həkim briqadaları xüsusi karantin rejimi çərçivəsində zəruri profilaktik tədbirlər barədə müəssisələrin sakinləri və işçi heyətə təlimlər keçib. 

 

Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib. Virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

 

 









 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir