Arxiv
30 mart 2020, 23:12 | AKTUAL
Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam

Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa tutulması ilə bağlı xəbər yayılıb.

Modern.az-ın məlumatına görə, Vəfa Əliyev Kulis.az-a xəbəri təsdiqləyərək, xəstəxanada karantin rejimində olduğunu bildirib:

“Hal-hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki, xəstəlik ümumiyyətlə qızdırma periodunda yoluxdurur. Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı tək-tək öskürək də vardı. Ondan sonra özüm referans laboratoriyaya zəng vurdum. Analizləri götürdülər, nəticələr pozitiv çıxdı. Özüm gəldim Tədris Terapiyaya, dedim, istəyirəm gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram.”

Vəfa xanım daha sonra əlavə edib: “Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu, satratsiyam da normaldı. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim maşallah görünür davamlı imiş ki, belə ağır keçirmədim. İndi hal-hazırda sistemin altındayam. Mən iyirmi beş min adama cavabdeh olan poliklinkada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür kimdəsə olub, kontakta olmuşam, düşüb.”

V.Əliyeva işləri haqqında da söz açıb: “Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir. Hal-hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən diri saxlamğa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir. Dərmanlarımız, təchizatımız, savadlı həkimlərimiz var. Əgər hər şey yaxşı olsa, on dörd gündən sonra buraxacaqlar.”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59 İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib 1 İyun 2020, 17:55 Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - Rəsmi CAVAB 1 İyun 2020, 17:52 Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı 1 İyun 2020, 17:47  Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi 1 İyun 2020, 17:41 Sağlamlığı haqqında yalan deyən abituriyentlərin nəticələri ləğv olunacaq 1 İyun 2020, 17:38 Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO 1 İyun 2020, 17:32 Təhsil Nazirliyinin qarşısında aksiya keçirən 7 nəfər SAXLANILDI 1 İyun 2020, 17:30 “Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır” - Qənirə Paşayeva 1 İyun 2020, 17:28 Nazirlər Kabinetində dörd yeni TƏYİNAT 1 İyun 2020, 17:25 Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlandı 1 İyun 2020, 17:21 Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu” 1 İyun 2020, 17:17 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 1 İyun 2020, 17:13 ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar 1 İyun 2020, 17:11 Deputat polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi - VİDEO 1 İyun 2020, 17:09 İstanbul merindən erməni kilsəsindəki olaya REAKSİYA 1 İyun 2020, 17:03 Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşdi 1 İyun 2020, 16:58 Bərbərxana və gözəllik salonları üçün onlayn növbə yaradılacaq 1 İyun 2020, 16:52 ABŞ-dakı iğtişaşlarda Rusiya şübhəli bilinir - Tramp məcburən açıqlama verdi 1 İyun 2020, 16:49 Putin Paşinyanı Moskvaya ÇAĞIRDI 1 İyun 2020, 16:46 "Dərs vaxtı"nın 2 iyun CƏDVƏLİ 1 İyun 2020, 16:43 Jalə Əliyeva parlamentdə uşaqlarla bağlı çağırış etdi 1 İyun 2020, 16:38 1919-cu il, Ermənistan baş naziri, Qarabağa hücum – FOTO 1 İyun 2020, 16:33 Bakıda karantini qaydalarını pozan kafe sahibi həbs olundu 1 İyun 2020, 16:28 Məhkəmə-hüquq sistemində islahatlar dərinləşir - Əli Hüseynli 1 İyun 2020, 16:22 Nazir Şəhid uşaqları ilə onlayn formatda görüşüb - VİDEO 1 İyun 2020, 16:16 Tələbələr Təhsil Nazirliyinin qarşısına niyə toplaşdı? - Rəsmi AÇIQLAMA 1 İyun 2020, 16:10 Dünyanın daha bir ərazisi koronavirusdan QURTULDU 1 İyun 2020, 16:04