Arxiv
31 mart 2020, 18:25 | AKTUAL
Lənkəranda anım tədbiri onlayn formada keçirilib

Lənkəran Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri onlayn formada keçirilib.

 

Modern.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş  bu ilki anım mərasimi  qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyası səbəbindən onlayn formada keçirilib.Tədbirə onlayn  qatılan iştirakçılar günahsız qurbanların xatirəsinin yad edilməsinin vacibliyini yekdilliklə qeyd ediblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 1 əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır.Professor Natiq İbrahimov 1992-ci ilin 26 fevral  Xocalı qətliyamı üzərində  xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün  keçmişin ibrət dərslərindən nəticə çıxarmağa , ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri,törətdiyi  dəhşətli soyqırımları  unutmamağa çağırıb.

 

Müzakirəyə qatılan prorektorlar, dekanlar,kafedra müdirləri, bölmə rəhbərləri və digər rəsmilər qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını , məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini deyərək bu siyasətin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

 

 Onlayn tədbirdə 1918-ci ilin martında  Lənkəran quberniyasında baş verən hadisələrdən də danışılıb.Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi müəyyənləşdi 28 Yanvar 2021, 10:32 Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı 28 Yanvar 2021, 10:23 Dollar ucuzlaşacaq? - İqtisadçı deputatdan AÇIQLAMA 28 Yanvar 2021, 10:17 Cavad Zərif Gürcüstanda səfərdədir 28 Yanvar 2021, 10:11 Koçaryanın ETİRAFLARI: “Zəngəzuru Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” 28 Yanvar 2021, 10:05 Kəlbəcərin Alıbəyli kəndi - VİDEO 28 Yanvar 2021, 10:00 Abşeronda silsilə oğurluqlar edən şəxs tutuldu - VİDEO 28 Yanvar 2021, 09:54 Naxçıvanda kombi istehsalına başlanıldı 28 Yanvar 2021, 09:48 Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01