Modern.az

İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi

İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi

Aktual

1 Aprel 2020, 12:58

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, polis əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, yerli icra nümayəndələri və yerli idarələrin nümayəndələri tərəfindən Neftçala rayonu ərazisində mobil qruplar yaradılaraq, vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, insanlara evlərini tərk etməmələri tövsiyə olunub.

 

Rayon ərazisində maarifləndirmə işləri ilə yanaşı mütəmadi olaraq dezinfeksiya işləri də aparılır.

 

 
 
 
 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir