Modern.az

Hacıqabulda karantin qaydalarını pozan 15 nəfər cəzalandırıldı - FOTO

Hacıqabulda karantin qaydalarını pozan 15 nəfər cəzalandırıldı - FOTO

1 Aprel 2020, 13:14

Hacıqabul rayonunda mobil qruplar əhali ilə maarifləndirici söhbətləri davam etdirir və gündəlik dezinfeksiya işləri aparılır.

 

Modern.az xəbər verir ki, rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. Karantin qaydalarına riayət etməyən 15 şəxs barəsində inzibati qaydada protokol tərtib edilib.

 

Karantin rejiminin tələblərinə riayət edilməsi üçün rayon ərazisində fəaliyyətinə icazə verilməyən ticarət, ictimai iaşə obyektləri və mövcud olan istirahət parklarına giriş tam məhdudlaşdırılıb.

 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılır.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər