Modern.az

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır

1 Aprel 2020, 14:09

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın NATO yanındakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda NATO-nun bu qondarma “seçkiləri” tanımadığı qeyd olunub.

 

Ceyms Appaturay həmçinin, ATƏT-in Minsk Qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir