Modern.az

Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI

Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI

Aktual

1 Aprel 2020, 18:42

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

 

Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar