Modern.az

Qovaq ağacını kəsdi, cinayət işi başlandı

Qovaq ağacını kəsdi, cinayət işi başlandı

2 Aprel 2020, 10:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat araşdırılıb. 

 

Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

 

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub.

 

Faktla bağlı akt tərtib edilib.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz Rayon Prokurorluğuna göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?