Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ahıllara ərzaq yardımıları davam edir - FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ahıllara ərzaq yardımıları davam edir - FOTO

Aktual

2 Aprel 2020, 15:28

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) karantin dövründə maarifləndirici işləri davamlı olaraq həyata keçirir, insanlara koronivurusdan necə qorunmalı, hansı hərəkətləri etməli, necə davranmalarına dair bukletlər paylayır, həmçinin yaşı 65-dən yuxarı olan ahıllara evlərində ərzaq yardımı edir. Belə tədbirlər daxili imkanlar hesabına Bakı və Sumqayıt şəhəri ilə yanaşı respublikanın digər şəhər və rayonlarında da keçirilir. 

 

Modern.az xəbər verir ki, mart ayının 28-dən aprelin 2-ə kimi 63 şəhər və rayonda tənha və kimsəsiz ahıllara evlərində ərzaq yardımları edilib. Bu tədbirlərdə 551 könüllü  iştirak edib, yaşı 65-dən yuxarı olan 1055 nəfərə yardım edilib, 88 nəfərə evlərində sosial xidmət göstərilib, 1500 nəfərə yaxın vətəndaşa maarifləndirici çap materialları paylanılıb. Əməkdaşların da iştirak etdiyi tədbirlərdə təhlükəsizlik qaydalarına tam olaraq riayət edilir. Qoruyucu vasitələrdən istifadə olunur və müvafiq məsafə saxlanılır. 

 

Məlumat üçün bildirək ki, bütün bu tədbirlər AzQAC-ın respublika üzrə fəaliyyət göstərən şəhər və rayon bölmələri tərəfindən həyata keçirilir.

 

Bir daha əhalini ciddi zərurət olmadığı halda evdən çıxmamağa çağırırıq. Özümüzü və ətrafdakıları qoruyaq!

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “QAYNAR  XƏTT”

 (012) 493-84-81; (070) 390-39-19.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür