Modern.az

Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək

Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək

3 Aprel 2020, 09:13

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) səbəbindən Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi, eləcə də xarici vətəndaşların öz yurdlarına göndərilməsi davam edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

 

Nazirin sözlərinə görə, hökumət mart ayında iki mərhələdə 17 ölkədən 5 min 528 vətəndaşın ölkəyə gətirilməsini təmin edib. Ümumilikdə isə ölkəyə təxliyə olunanların sayı 20 mindən çoxdur. Qəbul olunan qərarlar çərçivəsində təxliyə edilən şəxslər bəlli müddətdə karantində saxlanılır. Hazırda 1700 əlcəzairlinin öz ölkəsinə, 1200 türkün isə oradan Türkiyəyə gətirilməsi planlaşdırılır. Bunun ardınca təxminən 1000 türkiyəli Səudiyyə Ərəbistanından vətənə təxliyə olunacaq.

 

Qeyd edək ki, virus səbəbindən xarici ölkələrdə dünyasını dəyişən türklərin ümumi sayı 124 nəfərə çatıb.

 

Türkiyənin özündə isə 18,135 nəfərdə COVİD-19 aşkarlanıb, onlardan 356 nəfəri həyatını itirib.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi