Arxiv
3 Aprel 2020, 14:35 | PARLAMENT
“Uzunmüddətli və Davamlı İnkişafa Yönəlik Effektiv Böhran İdarəçiliyi” 

İstər individual, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur. Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxasındakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökümətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı. 

 

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyini göstərilməsi üçün yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Hazırlanmış proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əmək haqqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırki “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcəkdir.

 

Lakin, burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimiz özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırır. Buna bariz nümunə kimi elə cənab Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir.

 

Hazırki vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir. İnkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük. Bunun üçün sadəcə aşağıda sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi - əhali qarşısında cavabdehliyin; cənab Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mubarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökümətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir.  Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizinin hazırlılığını göstərir.

 

Lakin, buda son deyil. Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə böhran zamanında, və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Cənab Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.

 

Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırki dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcəkdir. 

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

 Milli Məclisinin deputatı

     
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:20 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04 Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27 Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ 5 İyun 2020, 13:27 İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi 5 İyun 2020, 13:25 “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik” - Samir Şərifov 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Tərcüməçi Həmzəli İlyas vəfat edib 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23