Arxiv
3 Aprel 2020, 16:45 | AKTUAL
Bakıya giriş-çıxışa nəzarət daha da GÜCLƏNDİRİLDİ

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib:

 

“Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.

 

Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib”.

 

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05