Arxiv
4 Aprel 2020, 19:38 | AKTUAL
“Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev

"2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

 

A.Vəliyev bildirib ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

 

"Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Millət vəkilinin sözlərinə görə, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi.

 

Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar.”"

 

A.Vəliyev qeyd edib ki, 2016-ci ilin aprel döyüşləri günlərində millət vəkili kimi təmsilçisi olduğu 97 saylı seçki dairəsinə daxil olan və bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Tapqaraqoyunlu, Zeyvə, Borsunlu, Mahrızlı və digər kəndlərində olub, yerli sakinlər və hərbçilərlə görüşmüş, onlara maddi və mənəvi dəstək göstərib:

 

"Bu döyüşlərdə goranboylular da böyük əzm və şücaətlər göstərib. Ordumuzun xüsusi təyinatlısı Bəxtiyar Hüseynov fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalıb, tankçı Razi Cavadov kimi neçə-neçə goranboylu gənc Aprel qazisi kimi şərəfli adı qazanıblar.

İstər 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin uğurlu may əməliyyatları, istərsə də  Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən paradlar və  genişmiqyaslı təlimlər təsdiqlədi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi. Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmriylə başlanğıcı 2016-cı ilin aprel döyüşləri olan Böyük Qələbəni qazanmağa qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.

 

2020-ci ilin fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən 56-cı Təhlükəsizlik konfransında Prezidentimiz cənab İlham Əliyevin, heç bir siyasi nüfuzu və idarəçilik təcrübəsi olmayan, küçə hərəkatından hakimiyyətə gəlmiş Ermənistanın baş naziri N.Paşinyanla siyasi debatında, onu necə çıxılmaz və məğlub duruma salması bütün dünya mediasının əsas xəbərinə çevrildi. Bütün dünya ictimaiyyəti , xüsusən də diplomatik arena Azərbaycan Prezidentinin siyasi qətiyyətini və çevik zəkasını yüksək qiymətləndirdi. Bu bir daha onu göstərdi ki, Azərbaycanın mövqeyi birmənalıdır - işğal altında olan torpaqlarımız azad olunmalıdır və azad olunacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI 30 May 2020, 09:40 Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42