Modern.az

“Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO

“Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO

Aktual

5 Aprel 2020, 16:44

Lerikdə yerləşən "Relax" istirahət mərkəzində xaricdən ölkəmizə gətirilib karantin müddətini başa vuran vətəndaşlarımizin bir qismi evə buraxılıb.

 

Bu barədə Modern.az-a “Relax” turizim istirahət  mərkəzinin rəhbəri, sahibkar Çingiz Məmmədov məlumat verib:


"Karantində qalan bəzi vətəndaşlarımız müddət başa çatdığı üçün evlərinə yollanıb. Çox sevindirici haldır ki, vətəndaşlarımız qaldıqları yerdən razılıq ifadə ediblər. Şükürlər olsun ki, hamı sağ-salamat evinə geri dönə bildi. 197 nəfər vətəndaşımız evə buraxılıb. Hazırda karantində 98 nəfər şəxs qalır. 197 nəfər evə buraxılan kimi, bütün otaqlar dizenfeksiya edilib və təmizlənib".

 

Sahibkar Ç.Məmmədov təmizlikcilər tərəfindən otaqların birində məktub aşkarlandığını da qeyd edib:

 

"Məktubu yazan Mehrin və Mədinə adlı iki tələbə bacıdır.Onlar qaldıqları yerdən, onlara göstərilən diqqətdən, otaqların təmizliyindən, aşpazların dadlı yeməklər hazirlamasindan razı qaldıqlarını bildiriblər. Təbii ki, vətəndaşlarımızdan belə xoş sözlər eşitmək bizim üçün də qürurvericidir"

 

 

Qeyd edək ki, sahibkarlar arasında ilk dəfə olaraq “Relax” turizim istirahət mərkəzinin rəhbərliyi ölkəmizdə koronavirusla mübarizəyə dəstək məqsədi ilə Nazirlər Kabineti yanında yaradılan operativ qərargaha müraciət edərək xaricdən gətirilən vətəndaşlarımızı “Relax” turizim istirahət mərkəzində yerləşdirilməsi ilə bağlı müraciət etmişdir. Müraciəti yüksək qiymətləndirən operativ qərarga vətəndaş həmrəyliyinə görə "Relax"ın rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.  

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır